PSJ-nin hücumçusu Kilian Mbappe klubu ilə yeni müqavilə bağlamaq qərarına gəlib.
Fanat.Az bunu "RMC Sport"da yayımlanan "After Foot" verilişində jurnalist Daniel Riolo deyib:
"PSj prezidentini maraqlandıran əsas məsələ Kilianın hansı addımı atacağıdır. Heç kim mənə inanmayacaq, amma Mbappe qərarını mayda açıqlayacaq və Paris təmsilçisində qalacaq".
Daha öncə 23 yaşlı futbolçunun "Real Madrid" keçəcəyi, hətta qışda İspaniya nəhəngi ilə gizli müqavilə imzaladığı barədə müxtəlif informasiyalar yayılmışdı.
Qeyd edək ki, Mbappe bu mövsüm Liqa 1-də 27 matça çıxaraq 17 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat