İngilərənin “Mançester Siti” klubunun futbolçusu Aleksandr Zinçenkonun həyat yoldaşı Vlada Ukraynadakı müharibəni pisləmək üçün ruslara rus dilində müraciətdən imtina edib.
Fanat.Az xəbər verir ki, Ukraynada idman jurnalisti kimi çalışan Vladanın ölkəsini işğal edən Rusiya dövlətinə və ordusuna öz dilində belə mesajı ünvanlayıb:
"Ruslar bizi başa düşsün deyə, rus dilində açıqlamamı istəyirsiniz. Rus dilində ünsiyyət qurmaq mənim üçün çətin deyil. Amma 40 gündür müharibə gedir. Rusların məni eşitməsi üçün rus dilində deyə biləcəyim bir şey var (söyüş söyür). Onların qarşısında diz çökək? Mən Ukrayna dilində danışmağa davam edəcəyəm".
Zinçenkolar işğal başlayandan bəri Rusiya rejiminin ən sərt əleyhdarları arasında olublar. Onlar İngiltərədə Ukraynaya dəstək aksiyalarında iştirak ediblər. Aleksandr Zinçenko bir neçə dəfə "Instagram"da yüksək tonlar Rusiyaya səslənərək müharibəni dayandırmağa çağırıb.