Azərbaycanlı qapıçı Şahin Zəkiyevin çıxış etdiyi Polşanın "Sokol Slopnitse" komandası növbəti çempionat oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, 4-cü liqada çıxış edən "Sokol Slopnitse" 22-ci tur çərçivəsində "Vatra"nı qonaq edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Şahin start heyətində yer alıb.
"Sokol Slopnitse" növbəti oyununu şənbə günü "Jarmuta"ya qarşı keçirəcək. Zəkiyevin kokandası 22 turdan sonra 16 xalla 18 komanda arasında 13-cü yerdədir.
Mirağa