"Nyukasl Yunayted" "Liverpul"un belçikalı hücumçusu Divok Oriqini heyətinə qatmaq istəyir.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "sağsağanlar" "Milan"ın da transfer siyahısında olan forvardın təmsilçiləri ilə danışıqlara başlayıb.
Mənbə "Nyukasl" bosslarının Oriqiyə daha yaxşı şərtlər təklif edəcəyini və bu amilin həlledici ola biləcəyini vurğulayıb.
"Liverpul"a 2014-cü ildə "Lill"dən keçən forvardın klubuyla olan müqaviləsinin müddəti bu yay başa çatacaq. Cari mövsüm İngiltərə Premyer Liqasında 5 oyun keçirən Divok 2 qol vurub. Oriqi Çempionlar Liqasında 5 (1 qol, 1 məhsuldar ötürmə), İngiltərə Kubokunda 3 (2 qol, 1 məhsuldar ötürmə) qarşılaşmada da forma şansı qazanıb.
Nihat