Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Kiyev "Dinamo"su ilə qarşılaşacaq.
Fanat.Az "Sportske novosti"yə istinadən xəbər verir ki, bu, yoldaşlıq görüşü çərçivəsində baş tutacaq.
Ukrayna təmsilçisi aprelin 28-də Zaqrebə gəlib Mahirin komandası ilə gücünü sınayacaq.
Rusiyanın Ukraynaya təcavüzü ayyarımdır ki, davam edir və bu səbəbdən də bu ölkədə digər fəaliyyətlərlə yanaşı, futbol da arxa plana keçib.
Kiyev klubunun futbolçuları formada qalmaq üçün bütün Avropa boyu yoldaşlıq oyunları keçirəcək. Mirça Luçeskunun rəhbərlik etdiyi Kiyev təmsilçisinin Zaqreb komandasından əvvəl Varşavada “Legiya”, İstanbulda “Qalatasaray”, Buxarestdə “Styaua” və Dortmundda “Borussiya” ilə oynayacaq.
Mirağa