PSJ-nin hücumçusu Neymar Fransa çempionatının 31-ci turunda keçirilən "Klermon"la oyundan (6:1) sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, darmadağında het-triklə pay sahibi olan "sambaçı" klubun mətbuat xidmətinə danışıb:
"Bu mövsüm ilk dəfə het-trik etdiyim üçün şadam. Ancaq daha çox sevindirən komandanın qələbəsidir. Mövsümün sonuna yaxın bizdə hər şey daha yaxşı alınır. Hiss olunur ki, hamı formasının pikinə yaxınlaşır. Bir qədər gec sürət yığmağımız müəyyən mənada üzücüdür. Amma meydanda sərgilədiyimiz futboldan çox razıyam. Lionel Messi və Kilian Mbappe iki dahidir. Belə ağıllı futbolçulara oynamaq daha asandır".
Hazırda 71 xalı olan PSJ Liqa-1-in turnir cədvəlində ilk pillədə qərarlaşıb.
Nihat