Tulanın "Arsenal" klubunun baş məşqçisi Miodraq Bojoviç RPL-in 24-cü turunun "Spartak"la oyunundan (0:3) sonra mətbuat konfransında sual "Kicker" saytının jurnalisti ilə mübahisə edib.
Fanat.Az xəbər verir ki, baş məşqçi jurnalisti təhqir edərək konfrans zalını tərk edib.
Jurnalist: “Komnandanız niyə belə zəif oyunadı? Fiziki zəiflik və iradə çatışmazlığı müşahidə olunurdu. Bəhanə tapa bilərsiniz, amma bu gün zəif çıxış etdiniz”.
Bojoviç: De görüm, sən hansı qəzetdənsən?
Jurnalist: Almaniyanın "Kicker" jurnalı.
Bojoviç: Ciddisən, yoxsa zarafat edirsən?
Jurnalist: Bəli, ciddi deyirəm onlarla əməkdaşlıq edirəm.
Bojoviç: Mən "Kicker"lə işləmirəm. Təşəkkür edirəm Kicker! Ayıb olsun, lənət olsun (orijinalda daha kobud söz işlədilir)! Qayıt Almaniyanda işlə.
Bu sözlərlə Bojoviç kreslosunu tərk edərək mətbuat konfransını bitirib.
Xatırladaq ki, aprelin 10-da Moskvanın “Otkritie Bank Arena” stadionunda Rusiya Premyer Liqasının 2021/2022 mövsümünün 24-cü turu çərçivəsində “Spartak” “Arsenal”ı qəbul edib. Meydan sahibləri qalib gəlib - 3:0.
"Spartak" 24 oyunda 30 xal toplayıb və Rusiya Premyer Liqasının 2021/2022 mövsümünün turnir cədvəlində 9-cu yerdədir. Tula "Arsenal"ı 21 xalla - sonuncu, 16-cı yerdədir.
Emin