London "Arsenal"ı bu yay "Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Luislə müqavilə bağlayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yayıb.
"Topçular"ın Stiven Cerrardın komandasında oynayan braziliyalı yarımmüdafiəçidən başqa, yeni hücumçu da tranfer edəcəkləri bildirilib.
Duqlas Luisin "Aston Villa" ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. "Sambaçı" bu mövsüm İngiltərə Premyer Liqasında çıxdığı 27 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 23 yaşlı Luisin transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat