"Bayern Münhen"in hücumçusu Robert Levandovski karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Fanat.Az "Interia Sport" poşalı ulduzun "Barselona" ilə razılığa gəldiyini açıqlayıb.
Mənbə Kataloniya klubunun 33 yaşlı forvarda təklif etdiyi şərtlərin onun ürəyincə olduğunu və tərəflərin 3 illik sözləşmənin detallarını da dəqiqləşdirdiyini vurğulayıb.
Xəbərə görə, daha öncə PSJ, "Mançester Siti" və "Liverpul"la da danışıq aparan Robert indi bütün diqqətini "Barsa"ya yönəldib.
Qeyd edək ki, "Bayern"lə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq Levandovski Münhen klubunun birillik anlaşma təklifini geri çevirib.
Nihat