"Bayern Münhen"in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/4 final mərhələsinin "Vilyarreal"la cavab oyunu barədə gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA rəsmi saytı 34 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Vilyarreal”a meydanda öz oyun ritmini tapmaq üçün vaxt verə bilmərik. Daha aqressiv oynamalı, rəqib üçün daha çətin koamndaya çevrilməliyik. Sabah meydanda hər şeyi göstərmək lazımdır".
Xatırladaq ki, ilk görüş ispanların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Emin