"Olimpiakos" fanatları Moskva "Spartak"ının azarkeşlərinə hörmət əlaməti olaraq "Şaxtyor"la xeyriyyə oyununu boykot ediblər.
Fanat.Az xəbər verir ki, bu barədə "Russkiy Futbol: RPL" portalı məlumat yayıb.
Yunan fanatlar boykotun səbəbini belə açıqlayıb: “Mövqeyimiz aydındır! Biz azarkeşlərin bölünməsi prosesində iştirak etməyəcəyik. Biz Yunanıstanda ən böyük fanat icmasına sahibik. Bizim baxışlarımıza görə insan həyatının dəyəri bərabərdir və buna hörmət edilməlidir! Günahsız insanların ölümünə səbəb olan siyasi oyunlarda iştirak etməyəcəyik!
Ukraynada baş verən hadisələri pisləyirik. Lakin NATO 1999-cu ildə Serbiyaya hücum etdi və bu, keçmişdə baş vermiş bir çox digər münaqişələr kimi, hamı tərəfindən pislənməlidir! Biz sülh tərəfdarıyıq və insan həyatının boşa getməsinə deyil, onun bərpasına yönəlmiş bütün səyləri dəstəkləyirik”.
Qeyd edək ki, oyun Urkayna təmsilçisin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Emin