"Real Betis"in və İspaniya millisinin müdafiəçisi Ektor Belerin qəribə tərzi ilə seçilir.
Fanat.Az xəbər verir ki, karyerası ərzində "Arsenal", "Uotford" kimi ingilis klublarının da şərəfini qoruyan 27 yaşlı oyunçu ikinci əl paltarlar geyinir.
Tanınan brendlərdən geyinməyə əhəmiyyət verməyən Belerin bu barədə danışıb:
"Həmişə hip-hop mədəniyyətini təmsil etmişəm. Bütün paltarlarımı anam bazardan alır. Anama tapşırmışam, o, mənə ancaq gen paltarlar seçir. İndi mənim öz üslubum var və yalnız işlənmiş paltarlar geyinirəm".
Əslində, Belerin milyonçudur. Onun mövsümdə gəliri 3,5 milyon avro civarındadır.
Mirağa