Lautaro Martinesin "İnter"dəki gələcəyi qeyri-müəyyəndir.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Barselona" yay transfer pəncərəsində sözügedən futbolçunu heyətinə qatmaq niyyətindədir.
Xəbərə görə, Kataloniya klubu ödənişi azaltmaq üçün hazırda icarə əsasında “Beşiktaş”da çıxış edən Miralem Pyaniçi və baş məşqçi Xavinin gələcək planlarında olmayan Memfis Depayı da qarşı tərəfə təklif edə bilər.
"Transfermark" portalı Martinesin transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Emin