“Milan” Bəhreynin "Investcorp" investisiya şirkətinə satıla bilər. Belə olacağı halda, yay transfer pəncərəsində İtaliya klubu heyətini nəzərəçarpacaq dərəcədə gücləndirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, klub yayda satılarsa, “Mançester Siti”nin yarımmüdafiəçisi Rahim Sterlinqi, eləcə də “Real Madrid”də çıxış edən iki futbolçunu - cinah yarımmüdafiəçisi Marko Asensio və hücumameyilli yarımmüdafiəçi İskonu almağa çalışacaq.
Qeyd edək ki, "Milan"ın yeni sahibindən təxminən 300 milyon avro transfer haqqı alacağı deyilir.
Nihat