"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holandın növbəti mövsümdə onun rəhbərliyi altında oynayacağı ilə bağlı suala cavab verib.
Fanat.Az-ın məlumatına görə, "Manchester Evening News" mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Mançester Siti" Holandla razılığa gəlib? Cavabım yoxdur... İndi qarşıdakı oyunlar barədə düşünürəm. Önəmli matçların ab-havasını necə yaşayacağımız haqda fikirləşirəm. Uzun illərdir mövsüm başa çatmamış beynimi transfer məsələləri ilə yormamağa çalışıram. Fakt budur ki, biz hücumçusuz oynayırıq".
Nihat