"Mançester Yunayted" mövsümün sonunda komandanı tərk edəcək Pol Poqbaya əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi növbəti mövsümdən "qırmızı şeytanlar"ın baş məşqçisi qismində fəaliyyətə başlayacaq Erik ten Haqın da istəyi ilə "Barselona"nın yarımmüdafiəçisi Qavini transfer etmək niyyətindədir.
İnformasiyanı tanınmış insayder Ekrem Konur şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Mənbə MY-nin 17 yaşlı vunderkind üçün hələ Kataloniya təmsilçisinə rəsmi təklif göndərmədiyini, tərəflərin yaxın vaxtlarda danışıqlara başlayacağını açıqlayıb.
Qavinin "Barselona" ilə olan müqaviləsinin müddəti 2023-cü ildə başa çatacaq. O, klubunun yeni anlaşma təklifinə cavab verməyə tələsmir. Bu mövsüm bütün turnirlər daxil olmaqla, əsas komandanın formasıyla 42 matça çıxan Qavi 2 qol və 6 məhsuldar öürmə ilə yadda qalıb.
Nihat