"Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Mənbə "şəhərlilər"in vingerinin "Milan"ın transfer hədəfinə çevrildiyini açıqlayıb. Milanlıların bu keçidi 40 milyon avro qarşılığında reallaşdırmaq istədiyi bildirilib. Daha öncə Domeniko Berardiyə görə "Sassuolo"ya müraciət edən "rassonerlər"in bu futbolçunu 30 milyon avroya almaqdansa, Mahrezi heyətə qatmağı üstün tutduğu vurğulanıb.
Nihat