Ukraynanın "Mariupol" klubu bütün futbolçularla müqavilələri dayandırıb.
Fanat.az xəbər verir ki, klub mətbuat xidməti vasitəsi ilə bu barəədə açıqlama yayıb.
Sərəncam 24 aprel tarixində imzalanıb. Sənəddə deyilir ki, klub Ukraynaya hərbi təcavüzlə əlaqədar işçilərin işlə təmin olunmasını müvəqqəti dayandırır.
“Mariupol” futbolçuların əmək müqavilələrinin uzadılması barədə daha sonra məlumat veriləcək”, - sənəddə deyilir.