Bu gün Avropanın idman mətbuatında ölüm xəbəri yayılan Mino Rayolanın köməkçisi Xose Forte Rodriqes məşhur agentin həyatla vidalaşmadığını bildirib.
Fanat.Az xəbər verir ki, NOS onun söylədiklərini belə çatdırıb:
"Düzdür, Minonun vəziyyəti ağırdır. Amma ölməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir".
Rayola 20-dən çox tanınmış futbolçunun agentidir. Onların arasında Zlatan İbrahimoviç ("Milan"), Erlinq Holand (Dortmund "Borussiya"sı), Pol Poqba ("Mançester Yunayted"), Canluicci Donnarumma (PSJ), Matteys de Liqt ("Yuventus") də var.
Nihat