Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Zaqreb "Dinamo"su bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Xorvatiya təmsilçisi yoldaşlıq görüşü çərçivəsində Kiyev "Dinamo"su ilə qarşılaşıb.
“Maksimir” stadionunda gerçəkləşən xeyriyyə oyunu heç-heçə yekunlaşıb - 2:2.
Qollar: Milan Vukotiç, 29. Luka Menalo, 38. - Vladislav Vanat, 8, 16.
Humanitar xarakterli qarşılaşma münasibətil iə Xorvatiya komandasının futbolçuları sarı formada çıxış edib.
Həmyerimiz Mahir Emrelinin adı görüşün iştirak ərizəsinə salınmayıb Belə ki, Xorvatiya çempionatının XXXII turunda “Qoritsa” ilə (1:0) matçda çiynindən xəsarət alan hücumçunun bərpası üçün müəyyən dövrə ehtiyac duyulub.
Emin