"Mançester Yunayted"in sabiq futbolçusu Roy Kin İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində dünən keçirilən matçdan - "Çelsi" ilə ev oyunundan (1:1) sonra "qırmızı şeytanlar"ı tənqid edib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" ulduz veteranın söylədiklərini belə çatdırıb:
"Mançester Yunayted"ə qarşı oynamaq çox asandır. Bu komandanın oyunçuları heç müdafiəyə də vaxtında qayıtmağa cəhd etmirlər. Bu gün gördüklərimiz artıq təəccüblü deyil. Ralf Ranqnikin komandası üçün xarakterik haldır. Sanki İngiltərə Kubokunun oyununa baxdıq və top-klub "Çelsi"nin Çempionşip təmsilçisi ilə görüşünü izlədik. Hə, "Yunayted" sıravi Çempionşip klubu kimi mübarizə apardı. İndiki MY-nin ümumi ustalıq səviyyəsi yumşaq desək, daha yaxşısını arzulamağa əsas verir. Yalnız uduzmamağa çalışırlar".
Nihat