"Liverpul"un baş məşqçisi Yürgen Klopp Sadio Mane, Məhəmməd Salah, İbrahim Konate və Nəbi Keytaya görə komandanın məşq cədvəlini dəyişib.
Fanat.Az xəbər verir ki, bunu "beIN sport"a açıqlamasında Mane deyib.
Ulduz hücumçu müqəddəs Ramazan ayında hər gün oruc tutduqlarını və alman məşqçinin onlara görə proqramda dəyişiklik etdiyini bildirib:
"Ramazandan əvvəl kapitan Hendersonla danışdıq ki, baş məşqçi razı olarsa, səhər məşq edə bilərik. Bu, bizim üçün çox asandır. Səhər məşq edirsənsə, o zaman dincəlməyə və evə getməyə vaxtın olur. Əks halda, gün çətin keçir. İki və ya üç saat məşq etsəniz, oruc tutmaq problemə çevrilir.
Məşqçi fikrimizi bəyəndi və bizimlə görüşdü. Bunun müqabilində əlimizdən gələni etməyə çalışırıq ki, oyunumuzda problem görünməsin. Oyun günlərində oruc tutmaq asan deyil, amma adama xüsusi hiss bağışlayır. "Liverpul" müsəlman futbolçuların oruc tutmasını asanlaşdırmaq üçün hər şeyi etməyə çalışır".
Mirağa