“Los Angeles Dodgers” beysbol klubunun ortaq sahiblərindən biri olan Todd Boxlinin rəhbərlik etdiyi konsorsium “Çelsi”nin yeni sahibi olmaq üçün ilk namizəd kimi seçilib.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, Boxli "Los Angeles Dodgers"in ortaq sahibi Mark Uolter və isveçrəli milyarder Hansyorq Viss ilə birlikdə klubu alacaqlar.
Bu konsorsiumun göndərdiyi təklif 4 milyard avrodan çoxdur. Yeni müştərilər kluba 2,5 milyon avro ödəməyi vəd etməklə yanaşı, infrastrukturdan tutmuş heyətin inkişafına qədər bütün səviyyələrdə klubun inkişafına bir milyard yarım avroya qədər sərmayə qoymağı öhdəsinə götürüblər.
Klubu satan ABŞ-da yerləşən "Raine" bankı şayiələri şərh etməkdən imtina edib, lakin "The Athletic" məlumatın doğruluğuna əmindir. "Çelsi" klubu da hələlik mətbuatda yayılan xəbərlərə şərh vermək istəmədiyini vurğulayıb.
Mirağa