"Real Madrid"in yarımmüdafiəçisi Qaret Beyl La Liqanın 34-cü turunda "Espanyol"u 4:0 hesabıyla yenərək 35-ci dəfə İspaniya çempionu olan komandasıyla birlikdə çempionluğu bayram etməməsinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu hərəkətinə görə mətbuatın ciddi təzyiqi ilə üz-üzə qalan uelsli ulduz sosial şəbəkə hesablarında belə yazıb:
"Çiynimdəki inanılmaz ağrıya görə elə üzgünüydüm ki, qələbəni bayram edən kollektivə qoşula bilmədim. Amma bu komandayla fəxr edirəm".
Nihat