İngiltərə Premyer Liqasının 35-ci turunda "Çelsi"ni 1:0 hesabı ilə məğlub edən "Everton"un baş məşqçisi Frenk Lempard komandasının qələbəsini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, BBC İngiltərə millisinin və "Çelsi"nin sabiq yarımmüdafiəçisinin söylədiklərini belə çatdırıb:
"Buna çətinliklə nail olduq. Rəqib sona qədər təzyiq etsə də, işimizin öhdəsindən əzm və inamla gəldik. Azarkeşlər, futbolçular, stadion əla görünürdü... Azarkeşlər bilirlər ki, mən gələnə qədər nəticələr heç də ürəkaçan deyildi və məhz buna görə məni dəstəkləyirlər.
Elitadan düşmə zonasındayıq. Hər oyuna nəticə üçün çıxmalıyıq. Futbolçular sübut etməlidirlər ki, komandanın taleyinə biganə deyillər. Bu gün belə idi və bu, çox xoşuma gəldi".
Nihat