"Barselona"nın müdafiəçisi Ronald Arauxo Kataloniya klubu ilə müqavilə yenilədikdən sonra emosiyalarını bölüşüb.
Fanat.Az xəbər verir ki, Sport.es 23 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
"Hər zaman bunu arzulamışam. Müqaviləmi yeniləmək mənim üçün xoşbəxtlikdir. Dünyanın ən yaxşı klubunda oynayıram. Bu, mənim zəhmətimin mükafatıdır. Klub bacarığıma inam göstərir. Belə çıxır ki, mən hər şeyi düzgün edirəm."
Qeyd edək ki, Arauxo bu gün "Barselona" ilə müddəti 2026-cı il iyun ayının sonuna qədər olan müqavilə imzalayıb.
Emin