Bu gün futbol üzrə Xorvatiya çempionatında 34-cü turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
Zaqreb təmsilçisi "Osiyek"i qonaq edib. "Maksimir"də baş tutan görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb. Qarşılaşma "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Emreli sonadək ehtiyatda qalıb.
"Dinamo" 34 turdan sonra 73 xalla turnir cədvəlinə başçılıq edir.
Nihat