Ötən gün İspaniya La Liqasının 35-ci turunda "Atletiko Madrid" "Real Madrid"i 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, bu, "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone və "Real"ın baş məşqçisi Karlo Ançelottinin üz-üzə gəldiyi 15-ci Madrid derbisi olub.
İndiyədək mütəxəssilər arasında baş tutan derbilərdə argentinalı mütəxəssis altı, Ançelottinin isə beş qələbəyə sevinib. Daha dörd görüş isə heç-heçə başa çatıb.
Xatırladaq ki, dünənki Madrid derbisində yeganə qolu ilk 40-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən “Atletiko”nun yarımmüdafiəçisi Yannik Karrasko vurub.
Emin