Erediviziyanın 32-ci turunda "Valveyk" "Qroninqen"ə qarşı oyuna qeyri-adi geyim dəsti ilə çıxıb. Klubun formasının dizaynını 10 yaşlı Lianna Koskamp rəngli karandaşlarla çəkib.
Fanat.Az xəbər verir ki, Koskampa ürək qüsuru diaqnozu qoyulub.
O, "Valveyk" azarkeşidir. Ürək klapanının zəif olması səbəbindən tez yorulur.
Lianna vaxtının çoxunu "Villa Pardo" istirahət evində keçirir. Qız bu məkandan həm də forma yaratmaq üçün ilham mənbəyi kimi istifadə edib:
Xatırladaq ki, həmin oyun "Valveyk"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Nihat