Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Barselona"nın baş məşqçisi Xavi: "İqtisadi baxımdan "Barselona" Holandın transferi üçün "Mançester Siti" ilə rəqabət apara bilməzdi. Amma ona ən yaxşısını arzulayıram”.
AS nəşri: "Barselona" "Sevilya"nın müdafiəçisi Jül Kunde uğrunda mübarizəyə qoşulub. Futbolçu kataloniyalıların əsas transfer hədəfidir".
Ekrem Konur, insayder: "Arsenal" keçmiş futbolçusu Serj Qnabrinin geri qaytarmağı düşünür. "Bavariya"nın futbolçusu Münhen klubu ilə müqaviləni yeniləməyə tələsmir və 2023-cü ildə azad agent kimi komandanı tərk edəcək".
"Fichajes" nəşri: "Hellas Verona"nın çexiyalı yarımmüdafiəçisi Antonin Barak uğrunda 4 klub mübarizə aparacaq. Söhbət “İnter”, “Milan”, “Sevilya” və “Tottenhem”dən gedir".
"A bola" saytı: "Mançester Yunayted" Lissabon "Sportinq"inin müdafiəçisi Qonsalu İnasiunu transfer etməyə yaxındır. “Qırmızı şeytanlar” 20 yaşlı portuqaliyalı futbolçu üçün təxminən 45 milyon avro təklif etməyə hazırdır".
"The Mirror" nəşri: "Milan" "Arsenal"ın müdafiəçisi Uilyam Salibanı heyətinə qatmağı planlaşdırır. Fransalı futbolçu 2019-cu ildə "topçular"a qoşulsa da, daim icarədədir".
Baş tutmuş transfer xəbəri:
Kərim Adeyemi (20 yaşlı hücumçu)
"Zaltsburq"dan (Avstriya) Dortmund "Borussiya"sına (Almaniya) transfer olunub.
Transfer məbləği 38 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdir.
Emin Şəmsiyev