"Everton"un və İngiltərə yığmasının hücumçusu Dominik Kalvert-Lyuin "Nyukasl"ın maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Ekrem Konur özünün "Twitter" hesabında paylaşım edib.
"Sağsağanlar" 25 yaşlı futbolçunun transferi üçün 35 milyon avro ödəməyə hazırdır.
Bundan əvvəl onunla Aleksandr Lyakazetə əvəzləyici axtaran London "Arsenal"ının maraqlandığı bildirilirdi.
Kalvert-Lyuin 2016-cı ildə "Everton"a keçib. Onun müqaviləsinin müddəti 2025-ci ilə qədərdir. "Transfermarkt" hücumçunun bazar dəyərini 42 milyon avro olaraq qiymətləndirir.
25 yaşlı forvard İngiltərə Premyer Liqasında 14 matçda 3 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa