"Real Madrid"in hücumçusu Mariano Dias karyerasını Türkiyə Super Liqasında davam etdirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, "Fotomac" 28 yaşlı dominikanlı futbolçunun yay transfer pəncərəsində "Fənərbağça"ya keçəcəyini iddia edir.
Diasın transfer məbləğinin təxminən 6 milyon avro olacağı bildirilir.
Forvardın "Real Madrid"lə indiki müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. O, bu mövsüm paytaxt klubunun heyətində bütün turnirlərdə cəmi 9 matçda meydana çıxıb, 1 məhsuldar ötürmə edib.
Mirağa