Moskvanın "Spartak" və "Dinamo" komandaları arasında keçiriləcək Rusiya Kubokunun final matçı üçün ayrılan mükafat fondu bəlli olub.
Fanat.Az xəbər verir ki, məbləğ "Match TV" media mərkəzində keçirilən mətbuat konfransında açıqlanıb.
Final üçün 50 milyon rubl (təxminən 1 milyon 300 min manat) təşkil edəcək ki, görüşün qalibi 40, uduzan komanda isə 10 milyon əldə edəcək.
Oyun mayın 29-da “Lujniki” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Görüş "Match TV" vasitəsi ilə canlı yayımlanacaq.
Mirağa