"Bayer Leverkuzen" Donetsk "Şaxtyor"unun futbolçusuna göz dikib.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Xəbərə görə, Bundesliqa təmsilçisi Mixail Mudriki heyətinə qatmağı planlaşdırır. Almanlar 21 yaşlı ukraynalı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdır.
Mənbə bildirir ki, tərəflər arasında artıq razılıq əldə olunub. Anlaşma baş tutarsa, Mudrik ilə müddəti 2027-ci ilə qədər davam edəcək müqavilə imzalanacaq.
Röya