"Şaxtyor"un yarımmüdafiəçisi Markos Antonionun yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu "Latsio" klubuna keçəcək.
Bu barədə jurnalist Canluka Di Martsiio öz saytında informasiya yayıb.
Mənbənin məlumatına görə, Antonionun transferi ilə bağlı klublar arasında şifahi razılıq əldə olunub. Futbolçunun özü Roma təmsilçisində oynamaqda maraqlıdır.
"Latsio" Antonio üçün 8 milyon avro ödəyəcək. Bundan başqa, o, bonus şəklində daha 2 milyon avro qazanacaq. "Latsio" məşqçilər korpusu braziliyalı futbolçuya yayda İtaliya təmsilçisi ilə olan müqaviləsinin müddəti başa çatacaq Lukas Leyvanın əvəzedicisi gözü ilə baxır.
Antonio 2019-cu ilin fevralından "Şaxtyor"da çıxış edir. Onun Ukrayna klubu ilə müqaviləsi 2025-ci ilin iyuluna qədərdir. "Transfermarkt"ın məlumatına görə, yarımmüdafiəçinin bazar dəyəri 8 milyon avrodur.
Markos Antonio başa çatan Ukrayna çempionatında 17 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa