Almaniya millisinin iyunda keçiriləcək Millətlər Liqasının oyunları üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, Hans-Diter Flik iyundakı görüşlər üçün 26 futboluya dəvət göndərib:
Qapıçılar: Manuel Noyer (Bayern Münhen), Kevin Trapp (Ayntraxt Frankfurt), Oliver Baumann (Hoffenhaym);
Müdafiəçilər: Benjamin Henrixs (Layptsiq), Tilo Kerer (PSJ), Lukas Klostermann (Layptsiq), David Raum (Hoffenheim), Antonio Rüdiger (Çelsi), Niko Şlotterbek (Frayburq) Niklas Süle (Bayern Münhen), Conatan Ta (Bayer Leverkuzen);
Yarımmüdafiəçilər: Kərim Adeyemi (Zalsburq), Yulian Brandt (Borussiya Dortmund), Serj Qnabri (Bayern Münhen), Leon Qoretska (Bayern Münhen), İlkay Gündoğan (Mançester Siti), Kay Haverts (Çelsi), Yonas Hofman (Borussiya Münhenqladbax), Coşua Kimmiç (Bayern Münhen), Camal Musiala (Bayern Münhen), Anton Stax (Maynts);
Hücumçular: Tomas Müller (Bayern Münhen), Lukas Nmeça (Volfsburq), Marko Roys (Borussiya Dortmund), Leroy Sane (Bayern Münhen), Timo Verner (Çelsi).
Qeyd edək ki, almanlar iyunda İtaliya ilə iki dəfə, həmçinin İngiltərə və Macarıstanla üz-üzə gələcəklər.