"Barselona"nın hücumçusu Memfis Depay karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, "Arsenal", "Everton" və "Nyukasl" 28 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Mənbənin məlumatına görə, “topçular” niderlandlı futbolçunu bu yay pulsuz olaraq “Arsenal”dan ayrılacaq Aleksandr Lakazett və Edvard Nketyanın əvəzləyicisi kimi heyətinə qatmaq istəyir.
İspaniya klubu transferlər üçün vəsait toplamaq istəyir ki, bu səbəbdən Depayı satmağa hazırdır. Memfisin hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatır.
Xatırladaq ki, Depay 2021-ci ilin yayında azad agent kimi "Barselona"ya keçib. Hücumçu bu mövsüm çempionatda 27 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa