"Roma"nın baş məşqçisi Joze Mourinyu gələcək karyerası haqda danışıb.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, o, eyni zamanda "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti haqda da danışıb:
“Karyeramı nə zaman bitirəcəyəm? Bu sualı Karlo Ançelottiyə də veriblər. Ançelotti ilə məni siyahıdan silmək üçün hələ tez deyil? Düşünürəm ki, Karlonun problemi "Everton"la Çempionlar Liqasını qazana bilməməsidir.
Bu sualların konkret cavabı yoxdur. Karlo və mən gələcək karyeramızla bağlı özümüz qərar verəcək məşqçilərik. Özümüz bilərik. Yəqin ki, insanlar mənim futboldan getməyimi üçün uzun müddət gözləməli olacaqlar!"
Emin