Dortmund "Borussiya"sını "Mançester Siti"yə dəyişən Erlinq Holand vida hədiyyəsi olaraq komanda yoldaşlarına və klub işçilərinə bahalı saat paylayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Almaniyanın “Bild” qəzeti yayıb.
21 yaşlı ulduz futbolçu 33 komanda yoldaşının hər birinə və texniki heyət üzvlərinə dəyəri 15 min avro olan saat hədiyyə edib.
Norveçli hücumçu klubun aşpaz, fizioterapevt, həkim kimi digər işçilərini də unutmayıb. "Bild" onlara hədiyyə olunan saatların hər birinin təxminən 7 min avro dəyərində olduğunu bldirib. Vida hədiyyələri skandinaviyalı forvarda təxminən yarım milyon avroya başa gəlib.
Qeyd edək ki, karyerasını "Mançester Siti"də davam etdirəcək Holand İngiltərə klubunda növbəti 5 ildə hər mövsüm üçün 30 milyon avro qazanacaq.
Mirağa