İngiltərə millisinin keçmiş çalışdırıcısı Stiv Maklaren və niderlandı mütəxəssis Mitçel van der Qaq “Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haqın köməkçiləri təyin ediliblər.
Fanat.Az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.
1999-cu ildə, “Mançester Yunayted” Çempionlar Liqasının qalibi olan zaman Maklaren artıq klubda baş məşqçinin köməkçisi idi.
Van der Qaq isə "Ayaks"da Erik ten Haqın köməkçisi işləyib.
Emin