"Vest Hem"in müdafiəçisi Kurt Zumaya heyvanların hüquqlarını pozmaq ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, pişiyi təpiklə vurduğu video sosial şəbəkələrdə yayılandan sonra qınaq obyektinə çevrilən futbolçu bu gün Temza məhkəməsində etdiyi hərəkətə aydınlıq gətirməyə çalışacaq.
Onun qardaşı - həmin videonu çəkən Yohan da müqəssir qismində dindiriləcək.
Qeyd edək ki, Kurt Zuma daha öncə bu davranışına görə "Vest Hem" tərəfindən cərimələnib.
Nihat