Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sport ES" saytı: "Barselona" "Lids" klubunun futbolçusu Rafinyanı daha əvvəl təklif etdiyi qiymətə ala bilməyəcək. “Ağ-qaralar” futbolçunun qiymətini iki dəfə artırıb".
"Marca" nəşri: "Real Madrid" "Milan"ın ulduzu Rafael Leau ilə maraqlanır. İspanlar Kilian Mbappeni heyətə qatmaq şansını əldən verdikləri üçün nəzərlərini 22 yaşlı futbolçuya yönəldib. Leau "Milan"ın çempion olmasında əsas rollardan birini oynayıb".
"Calciomercato" nəşri: "Vulverhempton" "Venesiya"nın hücumçusu Tomas Henri ilə maraqlanır. 27 yaşlı fransalı futbolçunun İtaliya klubu ilə müqaviləsi 2024-cü ilə qədər olsa da, ingilislər onu yay transfer pəncərəsində heyətə qatmağa çalışacaqlar".
"The Telegraph" nəşri: “Tottenhem Hotspur” “Mançester Siti”nin braziliyalı hücumçusu Qabriel Jesus uğrunda “Arsenal”la mübarizə aparacaq".
Paulo Dibala: “Hələ qərar verməmişəm. Sabah İspaniyada olacaq, sonra məzuniyyətə yollanacağam. Özüm üçün ən yaxşı klubu seçəcəyəm. Kimpembe mənə PSJ haqqında danışsa? Bilmirəm, həqiqətən də nə qərar verəcəyimi bilmirəm”.
Baş tutmuş transfer xəbərləri:
Patrik Şiş (24 yaşlı hücumçu)
"Zaqlembe"dən (Polşa) "Başakşehir"ə (Türkiyə) keçib.
Türkiyəyə azad agent qismində yollanan futbolçu klubla 3 illik müqavilə imzalayıb.
Emin Şəmsiyev