"Liverpul"un keçmiş hücumçusu Dirk Kuyt mersisaydlılar üçün mövsümü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Metro" niderlandlı futbolçudan belə sitat gətirib:
“Liverpul” üçün mövsüm uğursuz keçdi. Onlar yaxşı futbol oynadılar, ancaq hər şeyi may ayında həll etməyi bacarmalısan. "Liverpul" bunu edə bilmədi".
Xatırladaq ki, “Liverpul” Çempionlar Liqasının finalında “Real Madrid”ə uduzub, İngiltərə Premyer Liqasında isə ikinci olub. Yürgen Klopun komandası bu mövsüm yalnız İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb.