"Real Madrid"in Çempionlar Liqasının qalibi olması İngiltərənin "Çelsi" klubunun büdcəsini zənginləşdirib.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisinin üzvü Eden Hazar London təmsilçisinə 15 milyon funt-sterlinq qazandırıb.
Belə ki, 2019-cu ildə 115 milyon avroya "Çelsi"dən "Real"a transfer olunan belçikalı futbolçunun müqaviləsinə müvafiq bənd əlavə edilib. Razılaşmaya görə, Hazar “Real”la Çempionlar Liqasını qazanacağı təqdirdə “Çelsi” 15 milyon funt-sterlinq almalıdır.
Mirağa