"Mançester Siti"nin sahibi Haldun Əl-Mübarək yeni transfer Erlinq Holandın transferi barədə açıqlama verib.
Fanat.Az xəbər verir ki, Əl-Mübarək bu barədə “şəhərlilərin” mətbuat xidmətinə danışıb:
“Biz Erlinqi Norveçdəki ilk günlərindən Dortmunda köçənə qədər 4 və ya 5 il izlədik. Bu illər ərzində irəliləyişini gördük və onun çox istedadlı, yüksək bacarıqlı gənc oyunçudan dünyanın ən yaxşı hücumçularından birinə çevrildiyini gördük”.
Holand bu yay şəhərlilərə qoşulacaq. Hücumçu illik 30 milyon avro maaşla 5 illik müqavilə imzalayıb.
21 yaşlı norveçli ötən mövsüm Dortmund "Borussiya"sında bütün turnirlərdə 29 oyunda 28 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa