Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
MEN saytı: "Mançester Yunayted" Arnaud Danjuma Qroneveldi transfer etməyi düşünür. "Qırmızı şeytanlar" niderlandlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyir".
"Napoli"nin prezidenti Aurelio De Laurentis: "Kulibali və Mertens iki böyük futbolçudur. Mən hər ikisini sevirəm və hörmət edirəm, amma hər şey onlardan asılı olacaq: pul haqqında düşünəcəklər, yoxsa “Napoli”ni seçəcəklər, zaman göstərəcək".
"Foot Mercato" saytı: "Real Madrid" "Monako"nun yarımmüdafiəçisi Orelyen Tçuameni üçün küllü miqdarda pul təklif edib. Mənbənin sözlərinə görə, söhbət 80-90 milyon avrodan çox məbləğdən gedir. Futbolçu uğrunda Madriв təmsilçisinin əsas rəqibi “Liverpul”dur".
Fabritsio Romano, insayder: "Real Madrid"in "Çikaqo Fayr"ın 18 yaşlı amerikalı qapıçısı Qaqa (Qabriel) Slonin üçün rəsmi təklifi tezliklə təqdim olunacaq. O, gələcək üçün ən yaxşı istedadlardan biri hesab olunur. Əvvəllər “Çelsi” və “Bayern Münhen” də gənc qapıçını almaq istəyirdi. Futbolçu özü "Real Madrid"də oynamağa üstünlük verir".
Jurnalist Florian Plettenberq: "Yulian Nagelsmann "Bayern Münhen"ə gəldiyi ilk gündən Sadio Maneni transfer etmək istəyir. 34 yaşlı mütəxəssis seneqallı futbolçunu hücumun mərkəzində görür. Manenin üstünlüklərindən biri də alman dilini bilməsidir".
Moskva MOİK-inin baş direktoru Roman Babayev yarımmüdafiəçi Yusuf Yazıcının satın alınması ilə bağlı aparılan danışıqlar barədə açıqlama verib: “Danışıqlar çox çətin gedir, lakin davam edir. Səbəb nədir? Transfer məbləğinin kifayət qədər yüksək olması".
"Bayern Münhen" klubunun rəsmi saytı: "Korentin Tolisso 5 ildən sonra "Bayern Münhen"i tərk edir".
Fabritsio Romano, insayder: "PSJ Nunu Mendeşi "Sportinq"dən 40 milyon avroya alıb".
Robert Levandovski: "Bayern Münhen"dəki eram bitdi. Artıq bu klubda oynamağa davam etmək mümkün deyil. "Bayern" ciddi klubdur və inanıram ki, onlar məni klubda saxlamayacaqlar. Daha burada oynamaq istəmirəm. Transfer hazırda mənim üçün ən yaxşı həll yoludur. Ümid edirəm ki, məni dayandırmazlar”.
Emin Şəmsiyev