1982-ci il dünya çempionu və "İnter"in əfsanəvi futbolçusu Cüzeppe Berqomi müdafiəçi Alessandro Bastoninin Milan klubundan mümkün gedişinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Sky Sport" Berqomidən belə sitat gətirib:
“İtalyanlar klubu sonuncu tərk edər. Nikolo Barella və Alessandro Bastoni kimi oyunçular kluba bağlıdırlar. Alessandro getsə, ürəyim parçalanacaq. Mən azarkeş kimi danışıram. Ümid edirəm rəhbərlik nə etdiyini bilir.
Üstəlik, “İnter” artıq İvan Perişiçi itirib. Axı onu əvəzləyəcək Robin Qosens fərqli oyunçu tipidir. O, daha çox müdafiə yönümlüdür.
23 yaşlı Alessandro Bastoninin "neradzurri" ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Müdafiəçi ilə "Tottenhem"in maraqlandığı haqda xəbərlər yayılıb.
Mirağa