"Aston Villa" klubunun baş məşqçisi, "Liverpul"un əfsanəsi Stiven Cerrardın növbəti mövsüm heyətdə görmək istədiyi futbolçuların siyahısı açıqlanıb.
Fanat.Az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, Cerrardın ilk növbətə transfer etmək istədiyi futbolçu Luis Suaresdir.
"Liverpul" klubununun müdafiəçisi Co Qomes də 42 yaşlı mütəxəssisin planlarına daxildir.
Siyahıda yer alan daha iki futbolçu "Lids" klubunun yeni parlayan ulduzu Kalvin Filips və "Anderlext"də çıxış edən 21 yaşlı ispaniyalı futbolçu Serxio Qomesdir.
Emin