14:19 02.06.2022 488

Vüqar Nadirov Qazaxıstanla matçda kimdən qol gözləyir?

İyunun 3-də UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan yığması ilk oyununa çıxacaq. Millimiz səfərdə Qazaxıstan seçməsi ilə üz-üzə gələcək. 

2007-ci ildə yığmamız səfərdə Mərkəzi Asiya təmsilçisi ilə 4-cü oyununu keçirib. Həmin matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. 15 il öncəyə təsadüf edən görüşdə komandamızın yeganə qolunu o dönəmdə "Xəzər - Lənkəran"da top qovan Vüqar Nadirov vurub. Nadirov Qazaxıstan millisinin qapısına növbəti dəfə 2011-ci ildə, Azərbaycan yığmasının qonaq qismində 1:2 hesabı ilə məğlub olduğu oyunda yol tapıb.

34 yaşlı veteran Fanat.Az-açıqlamasında sabah keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb: 

"Qazaxıstan milli komandasında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Bu, oyunlarına baxanda görünür. İstənilən halda, Azərbaycanla eyni səviyyədə olan komandadır. Düşünürəm ki, başa-baş mübarizə izləyəcəyik. Hazırda Qazaxıstanda ölkə çempionatı gedir. Futbolçular bizim millinin oyunçuları ilə müqayisədə daha hazırlıqlıdır. Azərbaycan yığmasının üzvlərində isə yorğunçuluq var. Hamı istirahətə getmək istəyir. Biz oynayan dövrdə də belə faktlar olurdu. Düşünürəm ki, bayrağımızı ucaltmaq uğrunda bu amillər ikinci plana keçməlidir. Futbolçularımız bütün fikirlərini cəmləyib oyuna köklənməlidirlər. Məşqçi və futbolçular əl-ələ verib mübarizə aparmalıdır. Komandanın çalışdırıcısı futbolçulara tapşırıqlarını verir və öz sxeminə uyğun oyun qurmağa çalışır. Bu zaman təbii ki, futbolçuların da üzərinə məsuliyyət düşür".

Nadirov sabahkı oyunda kimin fərqlənə biləcəyi barədə təxminlərini də dilə gətirib: 

"Mahir Emreli neçə vaxtdır ki, fərqlənmir. Bu oyun onun üçün şansdır. Ramil Şeydayevin və Renat Dadaşovun da fərqlənə biləcəyini düşünürəm. Kimin daha çox oyun vaxtı alacağına baş məşqçi qərar verəcək. Bir və ya iki forvardla oynayacağımızı da sabah biləcəyik. İstənilən halda, uğurlar arzulayırıq millimizə".

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

Facebookdan bizi izləməyi unutmayın.
X