Azərbaycan əsilli veteran futbolçu Aleksandr Səmədov Rusiya Premyer Liqasına vəsiqə qazanan "Fakel"lə müqavilə bağlayıb.
Fanat.Az Voronej klubunun saytına istinadən xəbər verir ki, Rusiya millisinin sabiq yarımmüdafiəçisi baş seleksiyaçı funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, Səmədov futbolçu karyerasını 2019-cu ildə bitirib. Onun formasını geyindiyi son klub "Krılya Sovetov" olub. Daha sonra Moskva "Lokomotiv"inin gənclərdən ibarət komandasında seleksiyaçı qismində çalışan Saşa bir müddət öncə "dəmiryolçular"la vidalaşmışdı.
Nihat